AZ

Suyun verilişində niyə fasilələr olur? – AÇIQLAMA

Bakı. Trend:

Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suyaolan tələbat artır. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərinhəddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimumasalmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyəntənzimlənmə işləri aparılır.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı XidmətininMətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilib.

Vurğulanıb ki, hazırda mövcud vəziyyətlə əlaqədar İri ŞəhərlərinBirləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv işrejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıqolaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq surejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq sutəchizatı rejimi tətbiq edilir.

Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdətutulmayan Bakı və Bakı ətrafında pərakəndə üsulla salınmış yaşayışərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərinüzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyunçatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemləryaradır. Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatısisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrinqeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsidə əhəmiyyətli dərəcədə artır.

Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırdaintensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, ocümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədərərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimindədəyişiklik edilməsi zərurəti yaranıb.

“Misal üçün, hər hansı rayonunun bir çox hissəsi səhər saat6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi.Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamandayəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı.Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətləsusuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdəqrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isəmövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyiedilib.

Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiqolunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminəkeçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitivüsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfəolmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir.

Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansınıqorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinəqədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur”, - deyəməlumatda bildirilib.

Qeyd edilib ki, keçən illə müqayisədə bu ilin cari ayındahavanın temperaturu 6-7 dərəcə daha yüksəkdir. O cümlədən, əhalininartımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxununbağ evlərinə köçməsi və s. faktorları da mövcud vəziyyətəsəbəbdir.

“Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatınauyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox suverilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər,xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyunfasiləsiz təminatına ciddi faktor kimi təsir edir.

Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərininəsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, KürSutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərininartırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrəsupaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrinicrası intensiv şəkildə davam etdirilir.

Həmçinin, yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır,lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilənişlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətlideyil.

Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçiheyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpaişlərini yerinə yetirir”, - deyə məlumatda vurğulanıb.

Seçilən
52
26
az.trend.az

10Mənbələr