AZ

“Barselona” ter Ştegenin vəziyyəti ilə bağlı açıqlama yaydı

"Barselona" alman qapıçısı Mark-Andre ter Ştegenin durumuna dair açıqlama yayıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper mövsümöncəsi hazırlıq zamanı bel nahiyəsində ağrılar hiss edib və bu səbəbdən Bordo şəhərində uğurlu cərrahiyyə əməliyyatı keçirib.

Bərpa müddətinin dəqiq vaxtı açıqlanmasa da, onun sağalma prosesi vəziyyətin dinamikasından asılı olacaq.

Əvvəllər ter Ştegen özü bildirmişdi ki, bərpa müddətinin təxminən 3 ay davam edəcəyi gözlənilir.

Qeyd edək ki, yay transfer dönəmində ter Ştegenin “Barselona”dan ayrılacağı ilə bağlı söz-söhbətlər yayılmışdı. İddialara görə, yeni baş məşqçi Hans-Diter Flik onu əsas qapıçı kimi görmür.

 

 

Seçilən
18
90deqiqe.az

1Mənbələr