AZ

İran belçikalı deputatı oğurlamağa çalışır

İran əsilli belçikalı deputat Dərya Səfai İranın onu qaçırmağa cəhd etdiyini iddia edib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Bu məlumat SEPAH-ın Avropa terror qrupları siyahısına daxil edilməsi ilə bağlı qərarımın Belçika parlamenti tərəfindən təsdiqindən sonra ortaya çıxıb və indi Tehran bir Avropa ölkəsinin deputatını oğurlamaq, işgəncə vermək, edam etmək və ya ondan “girov diplomatiyası”nda alver vasitəsi kimi istifadə etmək niyyətindədir”, - o bildirib.

Belçika polisi və təhlükəsizlik qüvvələri deputata İranın onu Türkiyə üzərindən Tehrana aparmaq niyyəti barədə məlumat verib və ona bu ölkələrə səfərdən çəkinməyi tövsiyə edib.

Seçilən
5
1
axar.az

2Mənbələr