AZ

“Qarabağ” – “Şelburn” oyununa satılmış biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İrlandiyanın "Şelburn" komandaları arasında keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, artıq qarşılaşma üçün 19 min 500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Qeyd edək ki, iyulun 30-da oynanılacaq "Qarabağ" - "Şelburn" görüşü saat 20:00-da start götürəcək.

Seçilən
1
1
azerbaijan-news.az

2Mənbələr