AZ

"Qarabağ" - "Şelburn" oyununa nə qədər bilet satılıb?

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) matçına satılan biletlərin sayı açıqlanıb

"Qarabağ" klubunun Mətbuat Xidmətindən Demokrat.az-a verilən məlumata görə, indiyədək oyuna 19 500 bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VIP C və VIP D sektorlarına bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri, "iTicket.az"ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), "Qarabağ"ın "Park Bulvar"dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək. Xatırladaq ki, iyulun 23-də İrlandiyada baş tutmuş ilk görüş "Qarabağ"ın 0:3 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
58
27
demokrat.az

10Mənbələr