AZ

“Qarabağ” - “Şelburn” matçına 19 mindən çox bilet satılıb

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsin “Qarabağ” – “Şelburn” (İrlandiya) matçına satılmış biletlərin sayı açıqlanıb.

Arena.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda 19 500 bilet öz sahibini tapıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri, “iTicket.az”ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Sözügedən matç iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

Xatırladaq ki, İrlandiyada keçirilmiş ilk oyunda Azərbaycan çempionu 3:0 hesabıyla qalib gəlib.

Seçilən
17
47
arena.az

10Mənbələr