AZ

"Qarabağ" - "Şelburn" matçına satılan biletlərin sayı açıqlanıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıda keçiriləcək "Qarabağ" - "Şelburn" (İrlandiya) matçına satılan biletlərin sayı bəlli olub.

Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Hazırda 19 min 500 bilet sahibini tapıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri "ıTicket.az"ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış), “Qarabağ”ın "Park Bulvar"dakı Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "Şelburn" matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.

"Sabah"ın avrokubok matçına satılan biletlərin sayı açıqlanıb

Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli oldu

"Aris" - "Araz-Naxçıvan" matçı bu kanalda

Millimizin İslandiya və Fransa ilə ev oyunlarının yeri məlum oldu

“Qalatasaray” qələbəni 3 qolla qazandı

Seçilən
56
27
apasport.az

10Mənbələr