AZ

Naxçıvanın 4 rayonunu əhatə edən yollar əsaslı təmir olunacaq VİDEO

Naxçıvan, 29 iyul, AZƏRTAC

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən muxtar respublikanın bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlanmış layihələrdən birinin tender mərhələsi başa çatıb. Tenderin qalibi Bakı şəhərində fəaliyyət göstərən “Elta Development” QSC olub.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Əli İbrahimbəyli deyib.

O qeyd edib ki, hazırda tərəflər arasında müqavilənin bağlanması prosesi həyata keçirilir. Bu mərhələ başa çatdıqdan sonra QSC-nin əməkdaşları tərəfindən Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinə başlanılacaq.

“Təmir-bərpa işləri Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti ilə icra olunacaq. Eyni zamanda, Naxçıvan şəhərinin mərkəzi küçələri və digər rayonların avtomobil yolları ilə bağlı hazırlanan layihələrin də tender mərhələsi davam etdirilir”, - deyə Əli İbrahimbəyli əlavə edib.

Seçilən
27
1
azertag.az

2Mənbələr