AZ

İranlı deputat Azərbaycan xalqını TƏHQİR ETDİ - Ağlasığmaz sözlər...

Təbriz şəhərinin İran parlamentindəki nümayəndəsi Əli Cəfəri Azər Azərbaycan hökumətinə və xalqına qarşı ikrah doğuran, riyakar və məkrli fikirlər səsləndirib.

Yenisabah.az xəbər verir ki, Özünü təmsil etdiyi türklərin problemlərinə laqeyd qalan bu ikiüzlü deputat, 35 il əvvəl İmişlidə yerləşdirilmiş azərbaycanlıların üzərindən siyasi mesaj verməyə çalışıb. Cəfəri Azər açıq şəkildə Azərbaycan xalqını “nankor” adlandıraraq, guya İranın göstərdiyi “xeyirxahlığın” unudulmamamsından danışıb:

“250 min nəfərlik İmişli düşərgəsində olan qadın və uşaqlar İran xalqının xeyirxahlığını unutmamalıdır”. pizza mizza

Millət vəkili, habelə İsraillə münasibətlər mövzusunda Azərbaycan hökumətinə təhdid dolu sözlər yönəldib və bölgədə daha da gərginlik yaratmağa çalışıb. O, Təbriz şəhərinin içməli su problemi kimi real məsələlərini sadəcə formal şəkildə dilə gətirərək əsas diqqəti xarici təhdidlərə yönəltməklə məsuliyyətdən yayınmağa çalışıb. (ICANA)


Telegram kanalımız
Seçilən
6
1
yenisabah.az

2Mənbələr