Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün səhər saatlarında Rusiya ordusunun Xarkovda humanitar yardımın paylanmasını gözləyən dinc əhaliyə atəş açması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
APA UNIAN-a istinadən xəbər verir ki, əməliyyat zamanı reaktiv yaylım atəş sistemindən istifadə edilib.
Hadisə vilayətin İzyumsk rayonunun Borovskaya inzibati ərazi vahidində baş verib.
Əraziyə istintaq-əməliyyat qrupu və kriminalistlər cəlb olunub, araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.