Almaniyanın “Bavariya” klubu qapıçı Sven Ulrayxla yeni müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Münhen təmsilçisinin rəsmi mətbuat xidməti məlumat yayıb.
37 yaşlı qolkiper komandada daha bir mövsüm qalacaq.
Ulrayx 2015-ci ildən bəri "Bavariya"nın şərəfini qoruyur. Bu müddət ərzində o, Almaniya Bundesliqasında 9 çempionluq sevinci yaşayıb. O, həmçinin 2019/2020 mövsümündə klubla birgə UEFA Çempionlar Liqasının qalibi olub.
Geridə qalan mövsümdə ehtiyat qapıçı funksiyasını yerinə yetirən Ulrayx cəmi iki matçda meydana çıxıb. Bu qarşılaşmalardan birində qapısını toxunulmaz saxlayıb.