Təbriz VƏFALI
***
Mən kənd uşağıyam, özü də zırından. Kənd həyatı barədə bilmədiyim şeyə qurd düşər. Necə deyərlər, kənd əhlinin gönünə dabanından bələdəm. Özüm də çox şeyi görüb-götürmüşəm. Amma di gəl ki, həmkəndlilərim mənə oxşamayıblar. Bəzi şəhərlilər demişkən, lap Nuh əyyamından qalıblar, onların müasir dövrümüzdə baş verənlərdən xəbərləri yoxdu.
“20 Yanvar” dairəsinə çatar-çatmaz tıxaca düşdük. Siqnal səslərindən az qaldı qulaqlarımız tutulsun.
Gördüm Əli gözlərini döyə-döyə qalıb. Soruşdum, nə oldu? Dedi, eşitdiyimə görə, Bakıda toylar saat 18:00-dan sonra başlayır. Bu nətəri işdi, gündüz çağı da gəlin aparırlar? Dedim, əşşi, nə toy, nə gəlin, burda tıxac yaranıb. Yol tez boşalsın deyə sürücülər siqnal verirlər. Gördüm Əli üzümə yenə təəccüblə baxır. Dedi, bəs televizorlar bar-bar bağırırlar ki, Bakıda yeni körpülər, tunellər, yolötürücülər və keçidlər tikildiyindən tıxac problemi çözülüb. Bəs bu nədi? Dedim, görünən kəndə bələdçi lazım deyil. Gözlərinlə gördüklərin sənə yetər. Kim nə deyir, desin. Eşit, inanma.
MİA.AZ