AZ

Fikrət Cəfərlinin həbsinin səbəbi... AÇIQLAMA

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Hüquq müdafiəçisi Fikrət Cəfərli vəkil Elvin Əliyevin şikayəti əsasında təqsirli bilinərək həbs edilib.

Vəkil Elvin Əliyev Bakupost.az -a açıqlamasında bildirib ki, Fikrət Cəfərli “Facebook”da onun barəsində böhtan xarakterli paylaşım edərək işgüzar nüfuzuna xələl gətirib.

Qeyd edək ki, Fikrət Cəfərlinin rəhbəri olduğu “ İşgəncələr Əleyhinə Araşdırma Mərkəzi”nin Feysbuk hesabındakı paylaşımda bildirilib:

“Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü Əliyev Elvin Tofik oğlu müvəkkili Allahverdiyev Elvin İlqar oğlunu aldadaraq 10 500 manat pulunu mənimsəyib. Bu barədə müvəkkil məlumat yayıb və aidiyyəti orqanlardan kömək istəyir”.

Aysel,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
www.bakupost.az

1Mənbələr