AZ

Juan Feliksin Ən Nəsr ə keçəcəyi təqdirdə qazanacağı məbləğ bəlli olub

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İngiltərənin "Çelsi" klubunun portuqaliyalı futbolçusu Juan Feliksin Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"ə keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub.

Oxu.Az "Correio da Manha"ya istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bir mövsüm üçün 17.5 milyon avro əldə edəcək.

Müqayisə üçün onun İngiltərə klubunda 7 milyon avro aldığı qeyd olunub. Müqaviləyə 30 milyon avro ilkin ödəniş və 20 milyon avro əlavə bonuslar daxildir.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm icarə əsasında İtaliyanın "Milan" klubunda çıxış edib. 25 yaşlı futbolçu bütün turnirlərdə meydana çıxdığı 21 oyunda üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
1
oxu.az

3Mənbələr