AZ

"Qarabağ"dan daha 2-3 transfer… Prezident böyük büdcə ayırdı

  «Qarabağ» bu yay 4 transfer edib.

Azərbaycan çempionu Dani Bolt ("Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya) və Sami Mmaee ("Danamo" Zaqreb - icarə) ilə güclənib.

“Qarabağ”ın prezidenti Tahir Gözəl dünən yeni transfer çalışmaları barədə açıqlama verib. Klubun mətbuat xidmətinə danışan başqan azarkeşləri sevindirib:

“Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük.

Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar.

Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram.

Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır.

Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik.

Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətimizi onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik.

İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər

Seçilən
9
1
referans.az

2Mənbələr