Bakı Metropoliteni iyulun 30-da "Qarabağ" FK-nın UEFA Çempionlar Liqasında İrlandiya təmsilçisi ilə oyunu ilə bağlı iş rejimində dəyişiklik edəcək.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna azarkeş marağını nəzərə alaraq "Gənclik", "Nərimanov" və "28 May" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Qarabağ" – "Şelburn" görüşü sabah saat 20:00-da başlayacaq.