AZ

“Futbol diplomatiyası”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Hidayət Orucov Kulis.az-a geniş müsahibəsində sovet vaxtı Ermənistandakı fəaliyyətindən danışıb və bir sıra maraqlı faktlara toxunub. O, keçirilən futbol yarışlarından da söz açıb. Sitat: “Bizim rayonda Zəngəzurun digər bölgələrinə - Vedibasara, Zəngibsara, Hamamlıya, Göyçənin özünə nisbətən erməni millətçiliyi kəskin hiss olunmurdu. Münasibətlərin hədsiz gərginliyi "Neftçi" ilə “Ararat”ın oyununda açıq-aydın görünürdü. Onların oyunlarının nəticələri münasibətlərə çox mənfi təsir göstərirdi. Ooo, “Neftçi” qalib gələndə bütün azərbaycanlıların, “Ararat” qalib gələndə bütün ermənilərin milli bayramı olurdu".

Yada salaq ki, müstəqillik illərində MDB kuboku yarışlarında “Neftçi” Ermənistanın “Punik” klubu ilə qarşılaşıb və qalib gəlib. Ancaq o zaman torpaqlarımız işğal altında idi. İndi isə Qarabağ azaddır, sülh danışıqları gedir. Bu baxımdan, iki xalqın sülh prosesinə futbol matçı ilə “pas” vermək mümkündürmü?

Dini

Publika.az xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, bunun zamanı deyil: “Hələ ki bu mərhələ tezdir. Çünki diplomatik və digər məsələlər həllini tapmayıb. QHT-lər və başqa əlaqələr olmalıdır ki, sonrakı mərhələdə kütləvi tədbirlər formasında nəyəsə baxmaq olsun. Amma indi bunun zamanı yetişməyib. Düşünürəm ki, nəsə bir hadisə baş verməz, amma neqativləri aradan qaldırmaq üçün bu yetərli olmaz. Biz 2009-cu ildə Türkiyə-Ermənistan oyununun şahidi olmuşuq. Heç bir qarşıdurma filan yaşanmamışdı. Amma nəticəsi bu günə qədər də olmayıb. Hesab edirəm ki, onda da erkən idi. Düşünürəm ki, indi də belə bir oyundan əvvəl addımlar atılmalı olan mərhələlər çoxdur”.

Tanınmış idman yazarı Natiq Muxtarlı bu ideyanı tamamilə yersiz sayır: “Azərbaycan-Ermənistan münasibətləri hələ o həddə çatmayıb ki, burada "futbol diplomatiyası"na yer olsun. Hələ iki ölkə arasında heç QHT nümayəndələri səviyyəsində əlaqə, gediş-gəliş yoxdur. Sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün Ermənistanda revanşist qüvvələr hakimiyyətə təzyiq edirlər. Azərbaycan xalqı ilə ermənilərin sülh məsələsinə münasibəti birmənalı deyil. Azərbaycanlılar sühsevər xalqdır, bütün qonşuları ilə sivil münasibətlərin tərəfdarıdır. Amma qonşularından, özü də bir neçə qonşusundan, o cümlədən ermənilərdən adekvat münasibət görmür. Belə bir məqamda “futbol diplomatiyası” qətiyyən yerinə düşməyəcək. Özü də söhbət “Qarabağ”dan gedirsə.

Natiq

Seçilən
15
publika.az

1Mənbələr