Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Gundem.az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü N.Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının hansı səbəbdən zəhərlənməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.