İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədi - SAXLANILDI
Bu barədə Ajans.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülmüşdür. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 