AZ

Niderland israilli nazirlərə qadağa qoyub

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Niderland mətbuatının yaydığı məlumata əsasən, qadağa qərarını şəxsən xarici işlər naziri Kaspar Veldkamp verib. O bu qərarı haqqında ölkənin deputatlarına da rəsmi məktub göndərib. "Çünki adları çəkilən şəxslər Fələstin əhalisinə qarşı zorakılığa, Qəzza zolağında etnik təmizləməyə dəfələrlə açıq çağırışlar dilə gətiriblər", – məktubda vurğulanır. İsrailli nazirlər özlərinin "X" hesablarında Niderland hökumətinin bu qərarından təəssüfləndiklərini yazıblar. "Bütün Avropaya girişimə qadağa qoyulsa belə, öz ölkəmin gələcəyi və HƏMAS-ın məhvi uğrunda çalışacağam. Avropa artıq elə bir yerə çevrilib ki, terrorçulara qucaq açırlar, yəhudiləri isə gözləri götürmür", – İtamar Ben-Qvir bildirib. Betsalel Smotriç isə öz cavabında "Niderlandın radikal islama təslim olduğunu" diqqətə çatdırıb. "Niderlandda və digər Avropa ölkələrində başa düşmürlər ki, məndən ötrü Niderlanda giriş yox, övladlarımın, nəvə-nəticələrimin və dünyadakı bütün yəhudilərin İsrail Dövlətində əsrlər boyu təhlükəsizlik şəraitində yaşaya bilmələri vacibdir", – Smotriç vurğulayıb. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
2
azvision.az

3Mənbələr