AZ

Karapetyandan sonra növbə Ara Abramyana çatdı - Paşinyanın növbəti HƏDƏFİ

Ermənistanın Antikorrupsiya Məhkəməsi Rusiyada yaşayan milyarder iş adamı, Erməni İttifaqları Birliyinin rəhbəri Ara Abramyanın şirkətinə məxsus ərazinin əlindən alınaraq İrəvan icmasının adına keçirilməsi barədə qərar verib.

Bizim.Media xəbər verir ki, məhkəmə İrəvanın Şimali prospektində yerləşən və 2800 kvadratmetrdən artıq sahəni əhatə edən torpaq sahəsi üzrə "Soqlasiye Armeniya" (Согласие Армения) şirkətinin mülkiyyət hüququnu ləğv edib, ərazinin dövlət qeydiyyatını etibarsız sayaraq onu "ictimai mülkiyyət" elan edib.

Prokurorluq qeyd edib ki, bu torpaq sahəsi vaxtilə İrəvanda fəaliyyət göstərmiş “Uşaq Dünyası” (Детский мир) univermagının yerləşdiyi ərazi qanunsuz şəkildə özəlləşdirilib.

Abramyanın şirkəti isə əmlakı illər əvvəl tender yolu ilə əldə etdiyini və heç bir qanun pozuntusunun olmadığını bildirir. Onların fikrincə, bu iddia hüquqi maska altında siyasi qisas və iqtisadi qəsbdir.

Maraqlıdır ki, bu hadisə Samvel Karapetyanın əmlakına qarşı həyata keçirilmiş analoji kampaniyadan dərhal sonra baş verir. Hazırda Paşinyan hökuməti Rusiyadakı nüfuzlu erməni oliqarxlarını ardıcıl şəkildə "soyur", onların Ermənistandakı mülklərini müsadirə edir.
 

Qeyd edək ki, Ara Abramyan Ermənistan-Azərbaycan münasibətlərində radikal mövqeyi ilə tanınır. O, Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək nə Azərbaycanı, nə də Ermənistan daxilində barışa çağıran səs-küylü sülh təşəbbüslərinə dəstək verməyib.


Onun rəhbərlik etdiyi təşkilat — Rusiyadakı Erməni İttifaqları Birliyi — erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Hətta Abramyan Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən qruplara dəstək verdiyi iddiaları ilə də gündəmdə olub.

İndi isə onun bu qədər “sadiq” olduğu Paşinyan hakimiyyəti tərəfindən "dövlət maraqları naminə" əmlakından məhrum edilməsi, Ermənistan daxilində hakimiyyət-diaspora münasibətlərində ciddi çatların yarandığını göstərir.

Bizim.Media

Seçilən
29
2
bizim.media

3Mənbələr