AZ

Manhettendə atışma! Polis qətlə yetirildi!

Hurriyyet.az "Nyu-York Post" nəşrinə istinadla xəbər verir ki, Manhettenin mərkəzində baş verən atışma nəticəsində, beş nəfər, o cümlədən bir nəfər polis həyatını itirib. Üç nəfər - iki nəfər mülki vətəndaş, bir nəfər polis isə yaralanıb.

Yerli polisin mətbuat xidməti X səhifəsində atəş açan şəxsin "zərərsizləşdirildiyini" bildirib.  

"ABC News" telekanalı mənbəyə istinadla, ofis binasında atəş açan şəxsin intihar etdiyini xəbər verib. O, 33-cü mərtəbədə ölüb.

CNN kanalı dövlət orqanlarındakı mənbəyə istinadla yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirib. Həkimlər digər iki yaralının - bir polis ilə bir mülki şəxsin sağ qalacaqlarını güman edirlər. Kanalın məlumatına görə, atəş açan şəxs Las-Veqasdan olan 27 yaşlı kişidir. Polis onun təkbaşına hərəkət etdiyini hesab edir. 

Hürr Tərcüman

 

Seçilən
11
hurriyyet.az

1Mənbələr