AZ

Binəqədidə üzərində şəhid lövhələri olan keçid TƏMİZLƏNDİ - VİDEO

Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən yerüstü piyada keçidi narkomanların yuvasına çevrilib.

Bizim.Media xəbər verir ki, piyada keçidi yararsız vəziyyətdə olduğu üçün sakinlər canlarını təhlükəyə ataraq yolu qarşıya keçirlər.

Həmçinin, yerüstü piyada keçidi tullantılarla dolu olduğundan orada antisanitar vəziyyət hökm sürür.

Alınan son məlumata görə, Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsində yerləşən yerüstü piyada keçidindəki antisanitar vəziyyət nəzarətə götürülüb.

Piyada keçidindəki yararsız vəziyyət həll edilib. Artıq sakinlər piyada keçidindən istifadə edə
bilərlər. (Oxu.az)


Bizim.Media

Seçilən
13
3
bizim.media

5Mənbələr