AZ

Çürüməmək üçün çoxunuzdan və çoxluqdan qaçıram - Nura Suridən etiraf

Müğənni Nura Suri sosial şəbəkədə paylaşdığı tənqidi fikirlərlə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, sənətçi cəmiyyətdə adekvat fikir bildirən və düzgün düşünən insanlara qarşı qərəzli yanaşmanın mövcudluğunu vurğulayıb:

“Bizim millət kimi hər şeyə bir mız qoyan yoxdur. Biri düzgün cümlələr quranda, adekvat fikir bildirəndə, deyirlər ki, ‘bu da özünü ağıllı göstərir’. İnsan əgər danışanda və ya yazanda sizin ağlınıza ilk ‘ağıllı görünmək’ fikri gəlirsə, deməli, o, doğrudan da ağıllıdır. Onun sizi narahat etməmək üçün axmaq kimi davranması da mümkün deyil”. Toyuqlu pizza

Nura Suri həmçinin haqsızlığa susmayan insanlara yönəlik ittihamları da kəskin tənqid edib:

“Əgər biri haqsızlığa susmursa, "bu da bilmir necə gündəmdə qalsın, başı gedib" kimi fikirlər sizin qorxaqlığınızın və iküzlülüyünüzün nəticəsidir”.

Sənətçi cəmiyyətdəki bu münasibətlərin insan psixologiyasına təsir etdiyini qeyd edib:

“Vallah, ağlı başında adam sizin yazdığınız şərhlərdən sonra mənim kimi panik atak olub insanlardan uzaqlaşmaq istəyir. Bir çürük meyvəni sağlam meyvələrlə bir qaba qoysan, çürüdür yavaş-yavaş hamısını. Mən də çürüməmək üçün çoxunuzdan və çoxluqdan qaçıram. Mənim fobiyam məni qorumaq üçün yaranıb. Yoluxmaq istəmirəm”.

Qeyd edək ki, Nura Suri açıq və tənqidi fikirləri ilə hər zaman seçilən sənətçilərdəndir.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr