AZ

Türkiyədə 13 Avropa paralimpiya medalı

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan idmançıları Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurublar. Qeyd edək ki, 7-ci dəfə təşkil edilən yarışda debüt edən milli 7 idman növündə 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb.

Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11) qızıl, Orxan Cəfərov (parataekvondo, K44, 80 kq), Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) gümüş, Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) isə bürünc medala yiyələnib.

M.HACIXANLIXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
16
xalqqazeti.az

10Mənbələr