AZ

Keniyalı voleybolçu “Gəncə”də

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qadınlardan ibarət "Gəncə" voleybol klubu heyətini Keniya yığmasının üzvü ilə gücləndirib. Belə ki, afrikalı idmançı Şeron Çepçumba ilə müqavilə imzalanıb.

Voleybolçu ötən mövsümü Vyetnamın “Hoa chat Durc Giang Lao Cai” komandasında keçirib. O, karyerası ərzində Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.

“Çumba” ləqəbli voleybolçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya liqalarının qalibi olub.

Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.

M.HACIXANLIXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
11
xalqqazeti.az

10Mənbələr