"Sumqayıt"ın sabiq legioneri Alan Dias Qazaxıstan klubuna transfer olunub.
Sportinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi "Ordabası" ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu 2024-cü ilin yayından "Sumqayıt"ın formasını geyinirdi.