Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiyanın Rostov vilayətində sərnişin qatarı Ukrayna Silahlı Qüvvələrinin kamikadze pilotsuz uçan aparatı ilə vurulub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları öz “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə Moskva vaxtı ilə saat 02:00-da Salsk stansiyasında baş verib. Novokuznetsk-Kislovodsk qatarının iki vaqonunun şüşələri zədələnib. Qatarda olan sərnişinlər təxliyə edilib, xəsarət alan olmayıb.
Bundan başqa, stasionar yük qatarı yerə düşən dron qalıqları səbəbindən yanıb. Yanğının söndürülməsi üçün yanğınsöndürən qatar əraziyə göndərilib. Salsk stansiyasından keçən qatarların hərəkəti dayandırılıb.
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.