AZ

Sumqayıtda emalatxanada yanğın baş verib

Sumqayıtda plastik klips emalatxanasında yanğın baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Kimyaçılar yaşayış massivində yerləşən təkrar emal üçün nəzərdə tutulmuş plastik klips emalatxanasında qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzinin yanğınsöndürən briqadaları cəlb olunub.

Yanğının qarşısı qısa müddətdə alınıb və digər obyektlərə keçməsinin qarşısı alınıb.

Yanğının səbəbi araşdırılır.

Seçilən
26
apa.az

1Mənbələr