AZ

Rusiya 20 nəzarət-buraxılış məntəqəsini bağlayır

Rusiya hökuməti Ukrayna ilə müqavilə əsasında əvvəllər fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsini rəsmən bağlamaq qərarına gəlib. SİA xəbər verir ki, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb. Qərara əsasən, Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən keçən buraxılış məntəqələri avqustun 1-dən bağlanacaq.

Qeyd edək ki, siyahıya 7 dəmir yolu və 13 avtomobil məntəqəsi daxildir.

Seçilən
27
17
sia.az

10Mənbələr