AZ

"Elektroenergetika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan

Respublikasının Qanunu

 

Azərbaycan

Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü

maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

"Elektroenergetika

haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2023, ¹ 5, maddə 623 (Cild I); 2024, ¹ 1, maddə 17;

2025,

¹ 2, maddə 101; Azərbaycan

Respublikasının 2025-ci il 21 iyun tarixli 221-VIIQD nömrəli Qanunu) aşağıdakı

dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda

1.1.57-1-ci maddə əlavə edilsin:

"1.1.57-1.

sabit tarif - elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit

xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin

qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif

elementi;".

2.         9.2.5-ci maddənin sonunda nöqtə işarəsi

nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 9.2.6-cı maddə əlavə

edilsin:

"9.2.6. sabit tarif.".

3. 18-ci maddə üzrə:

3.1. 18.5.6-cı maddəyə "dəyəri" sözündən sonra "və sabit

tarif" sözləri əlavə edilsin;

3.2. 18.6.2-ci maddəyə "dəyərinin" sözündən sonra "və

sabit tarifin" sözləri əlavə edilsin.

4. 19.6.4-cü maddəyə "dəyərini" sözündən sonra "və sabit

tarifi hər ay" sözləri əlavə edilsin.

5. 29-cu maddə üzrə:

5.1. 29.5.2-ci maddəyə "dəyəri" sözündən sonra "və sabit

tarif" sözləri əlavə edilsin;

5.2. 29.6-cı maddənin ikinci cümləsinə hər iki halda "dəyərini"

sözündən sonra "və sabit tarifi" sözləri əlavə edilsin;

5.3. 29.7-ci maddənin dördüncü cümləsində "və həmin qalıq borcun ödənilməli

olduğu son tarix" sözləri ", sabit tariflə bağlı qalıq borcu və ödənişin

son tarixi" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2025-ci il

Seçilən
43
1
azerbaijan-news.az

2Mənbələr