
Qoz-fındıq, üzüm, çiy bal, qazlı və enerji içkiləri uşaqlar üçün təhlükəli ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə dietoloq Alla Porxun danışıb.
O xəbərdarlıq edib ki, qoz-fındıq və üzüm körpələrdə boğulmaların tez-tez baş verən səbəbidir:
“Çiy bal botulizm riskinə görə bir yaşa qədər uşaqlar üçün təhlükəlidir. Qazlı və enerji içkiləri tərkibindəki şəkər və kofeinə görə diş minasını məhv edir, sinir sisteminin fəaliyyətini pozur”.