Rusiya hökuməti avqustun 1-dən Ukrayna ilə müqavilə əsasında əvvəllər fəaliyyət göstərən 20 nəzarət-buraxılış məntəqəsini rəsmən bağlamaq qərarına gəlib.
Operativ Media xəbər verir ki, müvafiq sənədi Rusiyanın baş naziri Mixail Mişustin imzalayıb və hüquqi aktlar portalında dərc olunub.
Sənəddə deyilir: “Avqustun 1-dən Rusiya Federasiyası ilə Ukrayna arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Rusiya hökuməti ilə Ukrayna hökuməti arasında 1995-ci il 8 fevral tarixli sazişə uyğun olaraq Rusiya Federasiyasının dövlət sərhədindən keçən buraxılış məntəqələri bağlansın”.
Siyahıya 7 dəmir yolu və 13 avtomobil keçid məntəqəsi daxildir.