AZ

Futbolda inqilabi dəyişiklik: La Liqaya yeni qayda gəlir

Milli.az saytına istinadən ain.az xəbər verir.

İspaniya La Liqasında 2025-26 mövsümündən etibarən yeni qayda tətbiq olunacaq. 

Milli.Az xəbər verir ki, İspaniya Hakimlər Komitəsi La Liqada inqilabi dəyişikliklər edəcək. Növbəti mövsümdən etibarən baş məşqçilər oyunda 2 dəfə VAR-a müraciət tələb edə biləcək. Bu barədə COPE məlumat yayıb. Baş məşqçinin etirazı doğru olarsa, o zaman onun 2 dəfə müraciət etmə haqqı olduğu kimi qalacaq.

Bu qərarın "Real Madrid" klubunun televiziyasında hakimlərin sərt tənqid edilməsindən sonra verildiyi bildirilir. 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) və FIFA bu qaydaya yaşıl işıq verib. Tezliklə Avropanın top liqalarında da baş məşqçinin VAR-a müraciət tələbi tətbiq ediləcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
4
news.milli.az

5Mənbələr