AZ

Tovuzda yollar əsaslı təmir olunacaq – 700 minlik LAYİHƏ

Tovuz Rayon İcra Hakimiyyəti rayon ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı yeni tender elan edib.

BAKU.WS-in məlumatına görə, layihə yerli büdcə xərcləri hesabına maliyyələşdiriləcək.

Məlumata görə, asfaltlaşdırma işləri Xanlar Cəfərov küçəsini əhatə edəcək. Təmir-tikinti prosesinin ümumi dəyəri 699.963 manat təşkil edir.

Bu layihənin reallaşması ilə Tovuz şəhərinin nəqliyyat infrastrukturunda rahatlıq və təhlükəsizlik baxımından əhəmiyyətli irəliləyişin olacağı gözlənilir.

Seçilən
8
1
far.az

2Mənbələr