Bakı. Trend:
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, MədəniyyətNazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və"Gilan"ın dəstəyi ilə keçirilən XIV Qəbələ Beynəlxalq MusiqiFestivalı çərçivəsində iyulun 28-də musiqisevərlər Heydər ƏliyevKonqres Mərkəzində növbəti konsert proqramını izləyiblər.
Trend xəbərverir ki, kamera musiqisi axşamında Vurğun Vəkilov (piano), ÜmidəAbasova (violin), Nərgiz Əliyeva (fleyta), Zərif Kərimova (piano),Boris Paşkin (akkordeon), Eldar İsababayev (kontrabas), YusifƏlizadə (zərb aləti), Zərrin Əliyeva (violin), Nərgiz Kəngərli(piano) və Aytac Şıxəlizadə (mezzo soprano) maraqlı konsertproqramı ilə çıxış ediblər.
Konsertdə Tofiq Quliyevin "Arzular", Fikrət Əmirovun "Gecəkeçdi", V.Saparovun "Alla tanqo", F.Şopenin "Grande valsebilliante", "20 nömrəli Noktün", F.Listin "İspan rapsodiyası",R.Gallianonun "Klod üçün tango" və digər bəstəkarların əsərlərisəsləndirilib.
Festivalın proqramına uyğun olaraq, axşam saat 21:00-datamaşaçılara Ü.Hacıbəyli adına Azərbaycan Dövlət SimfonikOrkestrinin konserti təqdim olunacaq.