AZ

Azərbaycan beynəlxalq ictimaiyyəti ərazilərin minalardan təmizlənməsinə dəstək verməyə çağırıb

Azərbaycan beynəlxalq ictimaiyyəti ərazilərin minalardan təmizlənməsinə dəstək verməyə çağırıb... 

“Report” Malayziya KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov “Minasız dünyaya doğru” adlı beynəlxalq seminarda bildirib.

O, Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində bu məqsədə nail olmaq üçün qlobal əməkdaşlığın vacibliyini vurğulayıb. Diplomat Malayziyanın roluna xüsusi diqqət yetirərək onun dəstəyinə ümid etdiyini söyləyib.
“Malayziya hökumətinin müsbət qərar qəbul edəcəyini gözləyirik. İstənilən yardım yüksək qiymətləndiriləcək”, - Davudov bildirib.

Poliqon.info

Seçilən
6
3
poliqon.info

4Mənbələr