AZ

Ərdoğan Ukrayna müharibəsinin tezliklə başa çatacağını gözləyir: “Sülh masası qurulacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna və Rusiya yaxın zamanlarda atəşkəs barədə razılığa gələ bilərlər. Onun sözlərinə görə, sülh sazişinin imzalanması Türkiyədə baş tuta bilər. Bu barədə Hurriyet məlumat yayıb.

Ərdoğan qeyd edib ki, qonşu ölkələrdə böhranlar və müharibələr davam etdiyi bir vaxtda Ankara sülh naminə diplomatik səylərini gücləndirib. O vurğulayıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində sülh tərəfdarı olan siyasət yürüdür.

“Bu müharibənin bitməli olduğuna inanırıq. İstanbulda danışıqlar masası necə qurulmuşdusa, yaxın gələcəkdə Türkiyədə də sülh masası qurulacaq və bu qanlı müharibə başa çatacaq”, – deyə Türkiyə lideri bəyan edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr