AZ

Təyyarələr havaya qalxdı, Rusiyada vəziyyət qarışdı Krmelin düşmənindən 3 təhdid

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya səmalarına yaxın ərazilərdə NATO-ya məxsus hərbi təyyarənin uçuşları beynəlxalq medianın diqqətini çəkib. “Business Insider” nəşrinin məlumatına görə, Şərqi Avropa üzərində, təxminən 9 min metr yüksəklikdə alyansa məxsus Avaks (AWACS) tipli havadan müşahidə və idarəetmə təyyarəsi fasiləsiz şəkildə patrul uçuşları həyata keçirir.

NATO-nun “göydəki gözləri” hesab olunan bu təyyarə döyüş bölgələrinin nəzarət altında saxlanması, real vaxt rejimində komanda və idarəetmənin həyata keçirilməsi üçün xüsusi radar sistemləri ilə təchiz edilib. Sözügedən təyyarələr Almaniyanın Geilenkirchen şəhərində yerləşən NATO Hava Bazasında saxlanılır və alyansın əsas monitorinq vasitələrindən biri sayılır.

Bəs bu uçuşlar nə ilə bağlıdır? Son vaxtlar Rusiyanın Polşaya qarşı mümkün hücumu ilə bağlı yayılan iddialarla əlaqdər NATO-nun cavab tədbirlərindən biridir?

Globalinfo.az-a danışan politoloq Turab Rzayev bildirib ki, NATO-nun AWACS tipli təyyarələrinin bölgədə dövrə vurması bir neçə fərqli məqsədə xidmət edə bilər:

“AWACS yalnız mürəkkəb hərbi kəşfiyyat təyyarəsi deyil, eyni zamanda yüksək səviyyəli nəzarət və idarəetmə sistemidir. Bu təyyarələrlə döyüş əməliyyatlarını koordinasiya etmək, fərqli hərbi vahidlər – raket sistemləri, qırıcılar, bombardmançı və yanacaqdaşıyan təyyarələr arasında əlaqə yaratmaq mümkündür. Həmçinin, PUA-lar (pilotsuz uçuş aparatları) və silahlı dronlarla bağlı kəşfiyyat və əməliyyat fəaliyyətinin də bu platforma vasitəsilə həyata keçirilməsi mümkündür. Sözügedən təyyarəni mobil hərbi qərargah kimi təsəvvür etmək olar”.

Turab Rzayev

Politoloqun sözlərinə görə, bu təyyarənin Rusiya sərhədlərinə yaxın bölgədə yerləşdirilməsinin üç əsas izahı ola bilər:

1.Kəşfiyyat məqsədi: Təyyarənin əsas funksiyalarından biri məlumat toplamaqdır. Rusiya hazırda Belarus və Baltikyanı ölkələrin sərhədlərinə qoşun toplayır. Bu, potensial hücum hazırlığı ola bilər və AWACS vasitəsilə NATO belə bir fəaliyyəti izləməyə çalışır.

2. Əməliyyatların idarə edilməsi: AWACS eyni zamanda ABŞ-ın bölgədəki hərbi təlim və əməliyyatlarının mərkəzi idarəetmə nöqtəsi rolunu oynaya bilər. Bu, Vaşinqtonun regionda hərbi varlığını nümayiş etdirməsi anlamına gəlir.

3.Gözdağı və siqnal xarakterli addım: Bunun Rusiyaya açıq mesaj olması da mümkündür. Yəni, ABŞ bölgədədir, vəziyyəti tam nəzarətdə saxlayır və hər hansı hücuma dərhal cavab verməyə hazırdır.

ABŞ bu cür hərbi nəzarət imkanlarını əsasən Almaniyada yerləşən bazalarda saxlayır və ehtiyac olduqda regiona cəlb edir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
1
globalinfo.az

2Mənbələr