AZ

Bloomberg ABŞ-ın Britaniyaya nüvə silahı göndərməsini Rusiya üçün siqnal adlandırıb - ÖZƏL

ABŞ-ın Britaniyaya nüvə silahı yerləşdirməsi Rusiyaya siqnal kimi qiymətləndirilir.

Olaylar xəbər verir ki,bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Amerika Alimləri Federasiyasının Nüvə Məlumatları Layihəsinin direktoru Hans Kristensen bildirib ki, "ABŞ-ın nüvə silahını Britaniyaya geri qaytardığını düşünmək üçün ciddi əsaslar mövcuddur".

Bloomberg açıq mənbələrə istinadla yazır ki, 16 iyul tarixində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 hərbi-nəqliyyat təyyarəsi Nyu-Meksiko ştatındakı Kirtland aviabazasından (burada ABŞ Hərbi Hava Qüvvələrinin Nüvə Silahları Mərkəzi yerləşir) Böyük Britaniyanın şərqindəki Suffolk qraflığında yerləşən Leikenhit bazasına uçuş edib.

Agentlik qeyd edir ki, təyyarələrin transponderlərinin (yerləşməni müəyyən edən siqnal cihazları) söndürülməməsi Vaşinqtonun Moskvaya Avropadakı nüvə mövcudiyyətini azaltmadığını nümayiş etdirmək istədiyini göstərir. Bu fikri Pacific Forum analitik mərkəzinin baş elmi əməkdaşı Uilyam Alberk də təsdiqləyib.

Bundan öncə UK Defence Journal nəşri öz mənbələrinə istinadla yazmışdı ki, ABŞ 2008-ci ildən sonra ilk dəfə Britaniyada bir neçə B61-12 taktiki termonüvə bombası yerləşdirib. Nəşr bu hadisəni NATO-nun Avropadakı nüvə strategiyasında ciddi dəyişiklik adlandırıb. Bu dəyişiklik Rusiya ilə münasibətlərin pisləşməsi və çəkindirmə siyasətinin güclənməsi fonunda baş verir.

Qeyd olunur ki, Leikenhit bazasında nüvə silahları 1949-cu ildən saxlanılırdı, lakin 17 il əvvəl çıxarılmışdı. Hazırda Böyük Britaniyanın nüvə silahları yalnız Trident II (D5) ballistik raketləri daşıyan dörd Vanguard tipli sualtı qayıqda yerləşdirilib.

24 iyunda isə Britaniyanın baş naziri Kir Starmer ABŞ-dan 12 ədəd F-35A qırıcısı almağı planlaşdırdıqlarını açıqlayıb. Bu təyyarələr B61-12 nüvə bombalarını daşıya bilir. Krallığın Müdafiə Nazirliyinə görə, bu təyyarələrin ilk partiyası onilliyin sonuna qədər çatdırılacaq.

Bu planlara münasibət bildirən Rusiyanın Britaniyadakı səfiri Andrey Kelin müsahibəsində qeyd edib ki, Böyük Britaniya Rusiyanı yeni təhlükə kimi seçib, bu isə ona soyuq müharibə dövrünün sxemlərinə qayıdışı əsaslandırmaq imkanı verib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr