AZ

ABŞ də təyyarənin enişindən dərhal sonra polis ikinci pilotu həbs etdi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-də polis təyyarədə olan ikinci pilotu həbs edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Minneapolisdən havaya qalxan 2809 saylı reysin sərnişinlərinin bildirdiyinə görə, San-Fransisko hava limanına endikdən sonra təxminən 10 nəfərlik mülki geyimli qrup "Delta Airlines"a məxsus təyyarəyə minib. Onların əyinlərində hüquq-mühafizə orqanlarının döş nişanları taxılmış jiletlər olub. Onlar təyyarənin göyərtəsinə daxil olub və ikinci pilotu qandallayaraq çıxarıblar. Daha sonra ikinci agent qrupu məhbusun şəxsi əşyalarını götürmək üçün təyyarəyə qayıdıb.

İlkin olaraq həbsin səbəbi açıqlanmayıb. Bununla belə, yerli media iddia edir ki, saxlanılma Daxili Təhlükəsizlik Departamentinin uşaqlara qarşı cinsi zorakılıqla bağlı materialların saxlanması və yayılması şübhəsi ilə aparılan istintaq çərçivəsində baş verib.

Həbs həm sərnişinlər, həm də ekipaj üzvləri üçün tamamilə sürpriz olub. Qalan pilot isə nə baş verdiyini bilmədiyini söyləyib.

"O, həqiqətən şoka düşmüş görünürdü", - deyə şahidlər bildiriblər.

Digər sərnişin isə hadisənin sarsıdıcı və qıcıqlandırıcı olduğunu və ekipajın saxlanılma ilə bağlı heç bir məlumat vermədiyini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
oxu.az

1Mənbələr