AZ

Əli Əsədov daha iki qərar imzaladı

Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alanların siyahısı genişlənib.

Hurriyyet.Az bildirir ki, Nazirlər Kabinti bununla bağlı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edib.

Qərara əsasən, qızıl otağının nəzarətçiləri bu siyahıya daxil edilib.

Qırma sahələrində nəzarətçilər də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ala biləcək.

X X X

 

“Bir pəncərə” prinsipinə əməl edilməklə, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara nəzarətin təşkili məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası” təsdiqlənb.

Hurryyet.Az bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə tapşırılsın ki, texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsini təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri barədə məlumatların daxil olduğu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) inteqrasiyasını və

bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir.

Dövlət Gömrük Komitəsinə tapşırılıb ki, ölkəyə idxal olunan texniki tənzimləmənin şamil olunduğu mallara dair müvafiq məlumatların daxil olduğu Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin (VAİS) Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinə inteqrasiyasını, ötürülməsini və bununla əlaqədar məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsin.  

Seçilən
81
23
hurriyyet.az

10Mənbələr