AZ

Analitik avronun ucuzlaşacağını proqnozlaşdırır: ABŞ bu işdə nə rola malikdir?

ABŞ və Avropa İttifaqı arasında imzalanan yeni ticarət sazişi gömrük rüsumları ilə bağlı eskalasiyanın qarşısını alsa da, Avropa İttifaqı üçün ciddi maliyyə öhdəlikləri yaradır. Bu isə avronun mövqeyinə mənfi təsir göstərir.

Bu barədə maliyyə analitiki Andrey Şevçişin özünün Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, ABŞ əvvəlcə nəzərdə tutulan 30 faiz əvəzinə Avropa mallarının əksəriyyətinə 15 faizlik rüsum tətbiq edəcək.

Lakin bunun müqabilində Avropa İttifaqı ABŞ iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırmağa və Amerika məhsullarını almağa söz verib.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr