AZ

Gedson Fernandeşin yeni klubu müəyyənləşib

"Beşiktaş", portuqaliyalı yarımmüdafiəçi Gedson Fernandesin transferi üçün "Spartak Moskva" ilə razılıq əldə edib.

Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi bu keçiddən 20 milyon avro əsas, 5 milyon avro isə bonus olmaqla ümumilikdə 25 milyon avro gəlir əldə edəcək.

Bu barədə məlumatı türkiyəli idman jurnalisti Yağız Sabuncuoğlu yayıb.

26 yaşlı futbolçu 2022-ci ildən "Beşiktaş" formasını geyinirdi və bu müddət ərzində sərgilədiyi performansla həm yerli liqada, həm də beynəlxalq arenada diqqət mərkəzinə düşmüşdü.

Qeyd edək ki, Gedson Fernandeşin yaxın günlərdə rəsmi olaraq "Spartak Moskva" tərəfindən təqdim olunacağı gözlənilir.

Kamil Xudiyev

Seçilən
17
fanat.az

1Mənbələr