AZ

Yasamalda beton zavodu gecələr səs küy yaradır Sakinlərdən ŞİKAYƏT

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bakının Yasamal rayonunda yerləşən beton zavodu ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub.

Bu barədə Oxu.Az-a daxil olan şikayətdə bildirilib.

Sakinlərin sözlərinə görə, Qanlı göl ətrafındakı yaşayış binalarında gecə saatlarında zavod ərazisində işləyən iritonnajlı yük maşınlarının səsi onların istirahətini pozur.

"Qanlı göl" yaxınlığındakı beton zavodunda gecə aparılan iş sakinlərin rahatlığını pozur#Qanlıgöl #Oxuaz pic.twitter.com/IWu7YKJU4s

— Oxu.Az (@oxuaz) July 28, 2025

"Gecə səhərə kimi işləyirlər. Səsdən yatmaq, tozdan nəfəs almaq mümkün deyil. Dəfələrlə şikayət etmişik, amma heç bir təsiri olmayıb", - deyə şikayətdə bildirilir.

Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, tikinti işləri ilə əlaqədar əraziyə cəlb edilən inşaat texnikasının mühərrik səsinin gecə saatlarında narahatlıq yaratması ilə bağlı daxil olan müraciət nəzərə alınıb, məsul icraçılara müvafiq məlumatlar verilib.

"Xüsusilə saat 00:00-dan sonra sakinlərin istirahət hüququnun pozulmaması məqsədilə işlər səs-küyə səbəb olmadan, qrafikə uyğun və nəzərdə tutulmuş texniki tələblərə əsasən aparılır. Tikinti işləri gündəlik müəyyən olunmuş plan üzrə davam etdirilir və bu prosesin həm qanuni çərçivədə, həm də vətəndaşların narahatlığına yol verilmədən aparılması nəzarətdə saxlanılır", - deyə E.İbrahimov bildirib.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
oxu.az

1Mənbələr