AZ

Avropa sanksiyalarına düşən neft gəmilərinə görə Azərbaycan nə qədər məsuliyyət daşıyır?


Məhəmməd Əsədullazadə: "Düşünmürəm ki, bu şirkətlər Azərbaycana bağlı olduqları üçün sanksiyakara məruz qalıblar"

İyulun 18-də Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib. Bu son paketdə Rusiya neftinin daşınmasında iştirak edən 105 tankerin adı var idi.

Aİ Şurasının 2025/1495 saylı Qərarına əsasən, bu gəmilərin Aİ-yə üzv ölkələrin limanlarına daxil olması, həmçinin dəniz nəqliyyatı ilə bağlı geniş spektrlı xidmətlərdən istifadə etməsi qadağandır.

Sanksiyaya məruz qalan tankerlər arasında “Nizami Gəncəvi”, “Qarabağ”, "Zəngəzur" və “Şuşa” da var. Gəmilər Rusiya mənşəli xam neft və ya neft məhsullarını daşıdıqları, qeyri-standart və ya risqli daşıma üsulları ilə Rusiyadan neft ixrac etdikləri üçün Aİ-nin “qara siyahısı”na daxil ediliblər.

Bunlarla yanaşı, Azərbaycanda qeydiyyatdan keçmiş "Aqua Fleet Management" şirkəti də sanksiyalara məruz qalıb. Bu şirkət hazırda "Saurri" və "Ederra" adlı iki tankeri, "Temirro" adlı ümumi yük gəmisini idarə edir. Sonunçu ücgəmininbeynəlxalq sularda Kamerun bayrağı altında üzdüyü bildirilir.

Bunu Avropa İttifaqının Azərbaycana qarşı siyasi mövqeyi kimi dəyərləndirmək olarmı?

“Sakin internetin sürətindən narazı olduğu üçün başqa bir provayderə qoşulmaq istəyəndə ona “olmaz” cavabı verilir, səbəb kimi…”

"Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 18-ci sanksiya paketi əsasən neft və qaz ixracatına qarşı yönəlib. Rusiya neftini və qazını daşıyan kölgə donanmasına daxil olan bütün gəmilərə (105 gəmi və tankerə qarşı) sanksiyalar tətbiq edilib - onlara 27 Avropa İttifaqı ölkələrinin limanlarına daxil olmaq qadağan edilib. Təbii ki, bu siyahıda Azərbaycanda qeydiyyatdan keçmiş, Azərbaycan şirkətlərinin sifarişi ilə tikilmiş, sonradan başqa şirkətlərə icarəyə verilmiş və ya hər hansı bir şəkildə ölkəmizə bağlı olan gəmilər də var. Yəni siyahıda müxtəlif variantlarla Azərbaycana aidiyyəti olduğu sayılan gəmilər var. Bu gəmilər əsasən Rusiyadan qardaş Türkiyəyə xam neft daşıyan gəmilərdir. Amma düşünmürəm ki, bu şirkətlər Azərbaycana bağlı olduqları üçün sanksiyalara məruz qalıblar. Yəni bu sanksiyalar Azərbaycanı deyil, Rusiyanı hədəfə alıb. Bu məqsədlə Aİ, hətta Avropa ölkələrinin özünə və onların şirkətlərinə belə sanksiyakar tətbiq edib. Məsələn, 2027-ci ilin 1 yanvarından Aİ-nin üzvü olan heç bir ölkə Rusiyadan qaz idxal edə bilməz. Bu, Aİ-nin öz ölkələrinə tətbiq etdiyi sanksiyadır. Lakin bu o demək deyil ki, Aİ öz ölkələrini siyasi hədəfə alır - hədəf, əlbəttə, Rusiyadır. Azərbaycana məxsus və ya hər hansı vasitə ilə ona bağlı olan gəmilər də həmçinin, sadəcə Rusiyanın neft-qaz ixracatına töhfə verdiklərinə görə sanksiya altına düşüblər. Bunları Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi dəyərləndirmək tamamilə yanlışdır", - bunu baki-xeber.com-un müxbiri ilə söhbətində siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib.

O əlavə edib ki, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyi arxitekturasında mühüm rola malik ölkələrədəndir, Avropa Komissiyası Azərbaycandan daha çox - ildə 20 milyard kubmetr - qaz almaq barədə memorandum imzalayıb: "Hazırda Azərbaycan Avropanın cənub-şərq bölgəsini qazla tamin edir. Hətta Almaniya Azərbaycandan qaz almaq niyyətindədir, Fransa da bizimlə enerji sahəsində əməkdaşlıq edir. Amma buna baxmayaraq, erməni lobbisinin kurasiyasında olan və Rusiyaya yaxın KİV-lər bunu dolayısı ilə Aİ-nin Azərbaycana qarşı sanksiyası və ya siyasi təzyiqi kimi dəyərləndirməyə çalışırlar. Amma əslində Aİ-nin belə bir siyasi hədəfi mövcud deyil, ola da bilməz. Çunki Azərbaycanla Aİ arasında daha geniş enerji əməkdaşlığı layihələri nəzərdə tutulur. Yuxarıda qeyd etdiyimiz qaz memorandumu imzalanıb, rəsmi Bakı Qara dənizin dibi ilə Avropaya "yaşıl enerji" ixrac etmək məqsədi ilə "yaşıl kabel" layihəsinin icrasına başlayıb, layihə qiymətləndirmə mərhələsindədir. Bu layihəyə Orta Asiya ölkələri, hətta Ermənistan belə qoşulmaq fikrindədir. Artıq Xəzərin dibi ilə çəkiləcək "yaşıl kabel" layihələndirmə mərhələsindədir. Aİ heç vaxt bütün bu əməkdaşlığın üztündən xətt çəkərək Azərbaycanı siyasi hədəfə almaz.

Sadəcə olaraq, bu sanksiyalar paketində Rusiyadan bütün istiqamətlərə, o cümlədən də Türkiyəyə rus nefti və qazı daşıyan bütün gəmilər siyahıya düşüb və onlara Aİ ölkələrinə məxsus limanlara daxil olmaq qadağan edilib. Bunların arasında bu və ya digər şəkildə Azərbaycana bağlı olan gəmilər də var, məsələ bu qədər sadədir.

Bu şirkət və gəmilərə görə Azərbaycanın məsuliyyətinə gəldikdə isə, nizamnamə kapitalinda dövlət payı olmayan, ərazisində qeydiyyatdan keçmiş heç bir transmilli şirkətə və onların gəmilərinə görə dövlət məsuliyyət daşımır. Transmilli şirkətlər hansı ölkənin ərazisində çalışırsa, həmin dövlətin qanunlarına uyğun fəaliyyət göstərir, həmin fəaliyyətin məsuliyyətini də elə o dövlət daşıyır. Kamerunda fəaliyyət göstərən gəmiyə görə Azərbaycan necə məsuliyyət daşıya bilər? Heç cür...".

Akif NƏSİRLİ

Seçilən
20
baki-xeber.com

1Mənbələr