Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Gəlin sizə Zaur Mikayilovdan (Dövlət Su Ehtiyatları Agentliyinin sədri -Mia.az) deyim. Guya ötən il ictimai qınaqları nəzərə alaraq qudalarının təyinatını ləğv etmişdi. Amma zaman su kimi axar və qudalar agentlikdəki çuxurunu tapar".
Mia.az xəbər verir ki, bu sözləri jurnalist Cavanşir Həsənli sosial media hesabında yazıb.
O, paylaşımına screenshot və Agentliyin saytının linkini əlavə edərək, qeyd edib ki, qudalardan biri yenə aparat rəhbəri (Fuad Eldar oğlu Quliyev), o biri də müşavir (Əsəd Əli oğlu Şirinov) postunda yerindədir: "İnanmırsınız, açın Agentliyin saytını, görün..."
https://adsea.gov.az/elaqe/qebul-gunleri?fbclid=IwY2xjawLy1TVleHRuA2FlbQIxMABicmlkETE1THVoOEVFYXFuM0VJQ24wAR6W21Ul6yswSZUfO6qHi8ydMusny4ozKotvhXWEeKrgzdfz0kZjURO4_eLTUQ_aem_GruBxm52pd2cczi78y2kgA
Samir MUSAYEV
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.