Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1400-dək, o cümlədən son aylarda 70 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, hazırda proses davam edir və cari ilin sonunadək əlavə 230 standartın hazırlanıb təsdiq edilməsi nəzərdə tutulur.
Təsdiq edlən standartlar Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilir.