AZ

Fənərbaxça stadionunun adı DƏYİŞDİRİLDİ

Fənərbaxça klubu Ülkerlə başa çatan müqavilənin ardından stadionun ad hüquqları üçün ABŞ-ın məşhur qida şirkəti Chobani ilə sponsorluq müqaviləsi imzalayıb. Bu gün səhər saatlarında Kadıköydə yerləşən stadionda yeni “Chobani Stadionu” lövhələri quraşdırılıb.

News24.az  xəbər verir ki, sarı-lacivərdlilər Chobani şirkəti ilə stadion ad sponsorluğu üçün 5+5 illik, Avropa oyunlarını əhatə edən futbol A komandasının forma sponsorluğu üçün isə 2+3 illik müqaviləyə imza atıb. Klub bu razılaşma nəticəsində stadion sponsorluğundan 10 ildə 100 milyon avro, forma sponsorluğundan isə 5 ildə ən azı 20 milyon avro gəlir əldə edəcək.

Fənərbaxça Yüksək Divan Kurulunun iclasında çıxış edən klubun baş katibi Burak Kızılhan, Chobani markasının təsisçisi Həmdi Ulukayaya təşəkkür edərək, onun dünya səviyyəsində nüfuzlu bir marka yaratdığını vurğulayıb. O bildirib ki, bu sponsorluq Türkiyə futbol tarixinin ən böyük müqaviləsidir. Yeni dövrdə stadionun tam adı “Chobani Stadionu Fənərbaxça Şükrü Saracoğlu İdman Kompleksi” olacaq.

Xeyrənsə Piriyeva

Seçilən
40
news24.az

1Mənbələr