İyulun 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Türkmənistanın təhsil nazirinin müavini Aleksandr Amanov ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində Türkmənistan ilə təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.